İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
1 Dekabr 2009 | Azərbaycanda narkomanlara zərərin azaldılması proqramı tətbiq olunacaq
Azərbaycanda narkomanlara zərərin azaldılması proqramı tətbiq olunacaqAzərbaycanda narkomanlara zərərin azaldılması proqramı tətbiq olunacaq, bunu çərşənbə axşamı Trend News-a deputat Musa Quliyev bildirib. "Azərbaycanda qeydiyyatda olan 2500-ə yaxın QİÇS xəstəsinin 65,5 faizi bu virusa venadaxili narkotiklərin qəbulu yolu ilə yoluxub. Həmin proqram tətbiq olunmaqla belə xəstələrə venadaxilinə vurmaq üçün metadon dərmanı veriləcək. QİÇS-lə mübarizə sahəsində hazırlanmış yeni qanun layihəsində bu proqramın tətbiqi nəzərdə tutulub", - Quliyev deyib.

Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxil olsa da, problem aktual məsələ olaraq qalır. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkəmizdə təkcə 2009-cu ilin 6 ayı ərzində 220 yeni HİV-ə yoluxma faktı aşkar olunub. HİV-ə yoluxmuş insanlara pulsuz qaydada Respublika QİÇS-lə Mübarizə Mərkəzində başlanılmış antiretrovirus (ARV) preparatları ilə müalicəyə 250-dən çox xəstə cəlb olunub. Onlardan 58 nəfərində müalicəyə 2009-cu ilin birinci yarısında başlanılıb.

Quliyev deyib ki, QİÇS xəstələri könüllü şəkildə qeydiyyatda olduğu dispanserdən həmin dərmanları ala biləcəklər. Millət vəkili hesab edir ki, zərərin azaldılması proqramını tətbiq etməklə həm cinayətkarlıq azalacaq, həm də narkomanların psixoloji aslılığı aradan qaldırılacaq.

Parlament rəsmisinin sözlərinə görə, əvvəlki qanundan fərqli olaraq yeni qanunda QİÇS xəstələrinə qarşı humanist münasibət ön plana çəkilir və onlara qarşı diskriminasiyaya yol verənlər qanunla məsuliyyətə cəlb olunacaqlar. Yeni qanun layihəsində QİÇS xəstəliyinin sosial problemli xəstəlik olması və belə xəstələrin dövlət hesabına müalicəsi öz əksini tapıb. Millət vəkili bildirib ki, yeni layihədə həbsxanalarda və cəzaçəkmə müəssisələrində saxlanılan QİÇS virusuna yoluxmuş məhkumlara şprislərin və qoruyucu vasitələrin paylanması nəzərdə tutulub.

Quliyevin sözlərinə görə, yeni layihədə əmək miqrantları ilə bağlı müddəalar da yer alıb. Belə ki, QİÇS-in daha çox yayıldığı Rusiya və Ukraynada Azərbaycandan olan əmək miqrantları kifayət qədərdir. "Həmin ölkələrdə işləyən ailə başçıları çox vaxt virusun daşıyıcıları olurlar. Onların ailələrinə könüllü şəkildə müayinələrdən keçmək və qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur", - deyə millət vəkili bildirib.

Ali və orta məktəblərdə bu xəstəliylə bağlı maarifləndirmə işinin gücləndirilməsi məqsədilə əlavə dərs saatlarının salınması da planlaşdırılır.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org