İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
2 Dekabr 2009 | UNİSEF, ATƏT və Avropa Şurası Azərbaycanda məişət zorakılığına qarşı qanunun qəbulunu vacib sayır
UNİSEF, ATƏT və Avropa Şurası Azərbaycanda məişət zorakılığına qarşı qanunun qəbulunu vacib sayırUNİSEF, ATƏT və Avropa Şurası Azərbaycanda məişət zorakılığının qarşısını almaq üçün xüsusi qanunun qəbulunu vacib sayır. "Qonşu Gürcüstan və Türkiyədə məişət zorakılığının qarşının alınması barədə qanun olsa da, Azərbaycanda bu qanun qəbul edilməyib. Azərbaycanda bununla bağlı qanun layihəsi hazırlanır. Bu qanunun qəbulu ailələrdə mübahisəyə yol açmayacaq. Azərbaycanda tezliklə belə bir qanunun qəbul olunacağına inanıram", - Trend News-un məlumatına görə, bunu çərşənbə günü Milli Məclisdə "Qadınlara qarşı zorakılığa yox deyək" mövzusunda keçirilən dinləmələrdə ATƏT-in Bakı Ofisin rəhbəri Əli Bilge Cankorel bildirib.

Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek isə çıxışında deyib ki, təmsil etdiyi qurum qadınlara qarşı zorakılığın dayandırılması kampaniyasına 2002-ci ildə start verib. "Kampaniya çərçivəsində müəyyən tədbirlər planı var, o cümlədən qadınlara qarşı zorakılığın qarşısını almaq üçün konvensiya layihəsi hazırlanıb. Zorakılıq problemi dünyanın hər yerində var. Bunun əksini iddia etmək özünü aldatmaq deməkdir", - Kotek deyib.

UNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard da bildirib ki, qadınlara qarşı zorakılıq hər yerdə var. Nümayəndə deyib ki, bu məsələ 2010-cu ilə kimi araşdırılmalı və bu sahəyə aid qanunlar qəbul olunmalıdır. "BMT hazırda Azərbaycanda sorğular keçirərək bu sahədə vəziyyəti araşdırır. Azərbaycanda qadınlara qarşı zorakılığın dayandırılması ilə bağlı xüsusi qanun layihəsi hazırlanır. Zorakılığın qarşısının alınması dedikdə müəyyən tədbirlərin həyata keçirilməsi - bu sahəyə aid polisin yaradılması, qanunvericiliyin tam formalaşdırılması, xüsusi proqramların qəbulu nəzərdə tutulur", - Herevard əlavə edib.

Azərbaycan Parlamenti 2008-ci ildə "Məişət zorakılığı haqqında" qanun layihəsini müzakirəyə çıxarsa da, onu yenidən işlənməsi üçün geri qaytarıb. BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarı ilə, noyabrın 25-i qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə beynəlxalq gün kimi qeyd olunur.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org