İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
28 Yanvar 2010 | Sosial Hüquqlara dair Avropa Komitəsi Azərbaycana tövsiyələr verib
Sosial Hüquqlara dair Avropa Komitəsi Azərbaycana tövsiyələr veribYanvarın 27-də Sosial Hüquqlara dair Avropa Komitəsi sosial hüquqlara dair Avropa Xartiyasına qoşulmuş 36 dövlət, o cümlədən Azərbaycanla bağlı hesabat açıqlayıb. APA-nın məlumatına görə, hesabatda səhiyyə, sosial təminat və sosial müdafiə sahəsində hüquqların vəziyyəti və komitənin qiymətləndirməsi əksini tapıb.

Sənəddə deyilir ki, Azərbaycan səhiyyə, ekologiya, sağlamlığın qorunması və tibbi yardımın göstərilməsi sahələrində qanunlar qəbul edib. Lakin bu istiqamətdə iş davam etdirilməli və Avropa ölkələrinin göstəricilərinə yaxınlaşmaq lazımdır. Qeyd olunur ki, Azərbaycan 1990-cı ildən bu yana orta ömür göstəricisində kiçik irəliləyişə nail olub. Belə ki, 2006-cı ildə bu göstərici kişilər üçün 62, qadınlar üçün 66 olub. Lakin bu rəqəmlər Avropa ölkələri ilə müqayisədə çox aşağıdır. Avropa Birliyində kişilər üçün orta ömür 75,2, qadınlar üçünsə 81,5-dir.

Komitə rəsmi Bakını ölkədə ölümün səviyyəsinin azaldılması istiqamətində addımlar atmağa da çağırıb və Azərbaycanda əksər ölümlərin səbəbinin ürək-damar xəstəlikləri olduğunu vurğulayıb. Qurum Bakını tuberkulyozla da effektiv mübarizəyə səsləyib. Komitə həmçinin xahiş edib ki, Azərbaycan növbəti hesabatında pulsuz sosial xidmətlərin ehtiyacı olanlar, aşağı səviyyədə gəlirlə yaşayanlar üçün pulsuz olub-olmadığı barədə məlumatlar təqdim etsin.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org