İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
29 Yanvar 2010 | QHT-lərə Dövlət Dəstəyi Şurası 2009-cu ildə göstərdiyi fəaliyyətə dair hesabatı açıqlanıb
QHT-lərə Dövlət Dəstəyi Şurası 2009-cu ildə göstərdiyi fəaliyyətə dair hesabatı açıqlanıbAzərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2009-cu ildə göstərdiyi fəaliyyətə dair hesabatı açıqlanıb. APA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən şuranın sədri Azay Quliyev QHT-lər üçün maliyyə müsabiqəsi keçirildiyini, müsabiqəyə təqdim olunan 613 layihədən 248-nin icrası üçün 2 milyon 68 min manat vəsaitin ayrıldığını qeyd edib. Bundan əlavə şura mütəmadi olaraq layihələrin icrasına nəzarət edib, aparılan monitorinqlərlə bağlı ictimaiyyətə açıqlamalar verilib. A. Quliyev QHT-lər haqqında qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əlaqələr istiqamətində də addımların atıldığını qeyd edib. O, QHT-lərin məlumat bazasının yaradıldığını və artıq 800-ə qədər QHT-nin koordinatlarının toplandığını da qeyd edib.

Tədbirdə şuranın direktoru Fərasət Qurbanov çıxış edərək ötən il layihə həyata keçirən QHT-lərin monitorinqinin aparıldığını deyib və bu monitorinqin nəticələri ilə bağlı məlumat verib. O bir sıra təşkilatların ümumiyyətlə monitorinq üçün şərait yaratmadığını, bəzi təşkilatların hesabatlarının düzgün hazırlanmadığını, maliyyə yardımının bəzən düzgün xərclənmədiyini qeyd edib. Bununla bərabər o kifayət qədər səmərəli həyata keçirilən layihələrin də olduğunu qeyd edib. 2010-cu il üçün elan olunmuş maliyyə müsabiqəsi barədə danışan F. Qurbanov bəzi QHT-lərin təqdim etdiyi layihələrin düzgün tərtib edilmədiyini, tələb olunan sənədlərin qaydasında olmadığını deyib.

Tədbirdə iştirak edən QHT-lərin nümayəndələri şuranın fəaliyyəti, layihələrin maliyyələşməsi və digər məsələlərlə bağlı öz təkliflərini səsləndiriblər.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org