İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
30 Yanvar 2010 | Azərbaycanda Ombudsmanının müdaxiləsindən sonra Nəqliyyat Nazirliyinin müfəttişləri vəzifələrindən azad olunub
Azərbaycanda Ombudsmanının müdaxiləsindən sonra Nəqliyyat Nazirliyinin müfəttişləri vəzifələrindən azad olunubOmbudsman Aparatının mətbuat xidmətindən şənbə günü Trend News-a verilən məlumata görə, Bakı şəhəri sakini İnsan Hüquqları üzrə Müvəkkilə şikayət ərizəsi ilə müraciət edərək, 26 oktyabr 2009-cu il tarixdə idarə etdiyi avtomaşının müəssisəyə aid olduğunu nəqliyyat müfəttişlərinə bildirməsinə və yol vərəqəsini göstərməsinə baxmayaraq, müfəttişlər tərəfindən hədə-qorxu gəlməklə ondan pul tələb olunduğunu, dövlət nömrə nişanının çıxarılmasına cəhd göstərildiyini, avtomaşında olan müəssisə işçilərinin məsələyə qarışması və şahidlik etməsinin müfəttişləri bu hərəkətlərdən çəkindirdiyini bildirib.

Ərizəçi "Avtonəqliyyatservis" Departamentinə müraciətinə bununla bağlı verilən cavab məktubundan narazı qaldığını, konkret tədbirlər görülmədiyini bildirib. O, ombudsmandan bu məsələnin araşdırılaraq həllində kömək göstərməsini, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş edib.

Ombudsman Elmira Süleymanova şikayət ərizəsində əks etdirilmiş halların yoxlanılması, həmin müraciətlə bağlı araşdırma aparılması və müvafiq tədbirlər görülməsi üçün Nəqliyyat Nazirliyinə tapşırıq verib. Ərizəçinin şikayət məktubunda qeyd olunmuş avtomobillərdə xidmət göstərən müfəttişlərin izahatları alınıb, onların kobud davranışları müəyyən olunub. İşlərində yol verdikləri nöqsanlara görə iki müfəttiş tutduqları vəzifədən azad edilib. Ombudsmanın müdaxiləsindən sonra ərizəçinin pozulmuş hüququ bərpa olunub.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org