İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
3 Fevral 2010 | Azərbaycan Mətbuat Şurasının sədri “reket” qəzetlərə xəbərdarlıq edib
Azərbaycan Mətbuat Şurasının sədri “reket” qəzetlərə xəbərdarlıq edib“Son günlər Azərbaycan Mətbuat Şurasının açıqladığı “qara siyahı”larda yer alan bəzi qəzetlər məhkəmələrə üz tutur. Əksəriyyətinin iddiasında yüksək məbləğdə pul təzminatı və adlarının “qara siyahı”dan çıxarılması tələbi yer alır. Mətbuat Şurasının iş prinsipləri, məqsəd və məramları cəmiyyətə kifayət qədər yaxşı bəlli olduğundan məhkəmələrin ədalətli qərar çıxaracağına inanıram”. Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.

Ə. Amaşov “qara siyahı”dakı bəzi nəşrlərin MŞ-nı məhkəməyə verməklə yanaşı, Şuranın İdarə Heyəti üzvlərinə qarşı kampaniyaya başladıqlarını da bildirib: “Onlar İdarə Heyəti üzvlərinin şərəf və ləyaqətlərini ləkələməyə, işgüzar nüfuzlarına zərər gətirməyə çalışır, barələrində təhqir və böhtan xarakterli materiallar dərc edirlər. Bizi hədələyənlər, məhkəmədə iddia qaldıranlar, demokrat qiyafəsinə bürünüb ali media dəyərlərini, söz və mətbuat azadlığı prinsiplərini qoruyurlarmış kimi imitasiya edənlər, bu yolla həqiqi simalarını pərdələməyə çalışanlar da, köhnə şakərlərini yeni adla qeydiyyatdan keçirdikləri qəzetlərdə davam etdirənlər də var. Arxalarında kimlərin, hansı məqsədlə dayandığı, hansı sifarişləri yerinə yetirdikləri yaxşı məlumdur. Qələminə və jurnalist adına hörmətlə yanaşdığımız bəzi həmkarlarımızın isə onların müsahiblərinin, rubrikalarının iştirakçısına çevrilmələri, fikirlərinin hansı tribunadan səsləndiyinin fərqinə varmamaları təəssüf və təəccüb doğurur”.

MŞ-nın “reket” nəşrlərə qarşı mübarizəsini daha da gücləndirəcəyi deyən Ə. Amaşov bildirib ki, Şuranın imicinə kölgə salmaq cəhdlərinin genişlənməsi yolverilməzdir və qurum mövcud istiqamətdə qanunvericiliklə müəyyənləşdirilən bütün mümkün vasitələrdən yararlanacaq: “Mətbuat Şurası təsis edilərkən rəhbər tutduğu prinsiplərə sadiqdir. Şura media məkanımızın saflaşması, təmiz adını özünə qaytarması uğrunda mübarizədə bu söz sənətinin həqiqi daşıyıcısı olan hər bir şəxsin dəstəyinə, inam və etimadına güvənir. “Qara siyahı”da yer alan bütün KİV-ləri isə ölkənin media ailəsinin üzvü olmaq üçün peşə prinsiplərinə sadiqliyə səsləyirik. Fəaliyyətini sivil mətbu dəyərlər əsasında qurmayanlara qarşı ciddi tədbirlər görüləcək”.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org