İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
2 Sentyabr 2010 | Məhkəmə-Hüquq Şurası 10 hakimin səlahiyyətlərinə xitam verib
Məhkəmə-Hüquq Şurası 10 hakimin səlahiyyətlərinə xitam veribMəhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatının ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi vurğulanmış, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyə 22.06.2010-cu il tarixdə edilmiş mütərəqqi dəyişikliklərin ölkəmizin məhkəmə sisteminin inkişafını şərtləndirdiyi qeyd olunmuşdur.

Həmin qanunun tətbiq olunması və məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər barədə ölkə Prezidentinin fərmanları ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında yeni mühüm mərhələ təşkil etmişdir.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd olunmuşdur ki, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmələrin - Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin əsasında ölkənin dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, hakimlərin iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayının 25 faiz artırılması, habelə məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarının genişləndirilməsi ölkəmizdə məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərəcəkdir.

Şurada yeni qanunvericilikdən irəli gələn vəzifələr, o cümlədən yeni məhkəmələrin yaradılması, hakim kadrlarına ehtiyac, bu sahədə zəruri təşkilati tədbirlər və s. müzakirə edilmiş, hakimliyə namizədlərin çoxmərhələli seçimi nəticəsində 78 nəfər hüquqşünasın hakim vəzifəsinə hazırlanmaları üçün təlim mərhələsini uğurla başa vurduğu və hazırda yekun müsahibələrə cəlb olunduğu qeyd edilmişdir.

Həmçinin, iclasda səlahiyyət müddətləri başa çatan bir sıra hakimlərin fəaliyyətlərinin qiymətləndirilməsi ilə bağlı prinsipial təhlillər aparılmış, fəaliyyətlərində qanunvericiliyin tələblərini pozduqlarına, vətəndaşların haqlı narazılıqlarına səbəb olan süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə son illər ərzində hakimlər barədə 100-dən çox intizam icraatlarının başlanılması, 40-dək hakimin səlahiyyətlərinə xitam verilməsi vurğulanmışdır.

Aparılmış qiymətləndirmə nəticələri üzrə fəaliyyəti məqbul bilinmiş 8 hakimin yenidən müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəmüvafiq hesab edilmiş, 10 hakimin səlahiyyətlərinə xitam verilmiş, o cümlədən 5 hakimin işində olan nöqsan və çatışmazlıqlar nəzərə alınaraq fəaliyyəti qeyri-məqbul hesab edildiyinə, 5 nəfərin isə hakimlik üçün son yaş həddinə çatmaları ilə əlaqədar səlahiyyətlərinə xitam verilmişdir.

Həmçinin, iclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Səadət Səlimovaya töhmət verilmiş, Zərdab rayon məhkəməsinin hakimi Ağamməd Qarayevə və Ağdam hərbi məhkəməsinin hakimi Abbas Abbasova irad tutulmuşdur.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org