İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
28 Yanvar 2011 | Azərbaycan ombudsmanı qadın, azyaşlı və xəstə məhkumlar barəsində amnistiya tətbiq olunmasını istəyir
Azərbaycan ombudsmanı qadın, azyaşlı və xəstə məhkumlar barəsində amnistiya tətbiq olunmasını istəyir Ombudsman amnistiya tətbiq olunacaq məhkumların sayının dəqiq müəyyən edilmədiyini bildirib və qeyd edib ki, o bu amnistiya aktı ilə əsasən azyaşlı, qadın və xəstə məhkumların bağışlanılmasının tərəfdarıdır.

İnsan Hüquqları üzrə müvəkkil Süleymanova bir neçə gün öncə amnistiya elan olunması ilə bağlı Milli Məclisə müraciət edib.

Müraciətdə bu ilin bir sıra əlamətdar milli və beynəlxalq əhəmiyyətli tarixi hadisələrin ildönümləri ilə zəngin olduğu, bunların sırasında dövlət müstəqilliyimizin 20 illiyi, Azərbaycanın Avropa Şurasına üzv qəbul olumasının 10 illiyi, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun 10 illiyi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına və İşgəncələrə qarşı mübarizə üzrə Avropa Konvensiyasına ölkəmizin qoşulmasının 10 illiyinin xüsusi yer tutduğu diqqətə çatdırılıb.

Ombudsman qeyd edib ki, məhkumların böyük hissəsi etdikləri cinayətlərdən səmimi peşimançılıq hissi keçirir. Onun sözlərinə görə, bu şəxslərin cəmiyyətə, ailələrinə sağlam qayıtması olduqca vacibdir.

Süleymanova bildirib ki, onun müraciəti millət vəkilləri tərəfindən müsbət qarşılanıb və Parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

İndiyədək Azərbaycanda 9 amnistiya aktı qəbul olunub və 48 əfv fərmanı imzalanıb, on minlərlə insan ailəsinə və cəmiyyətə qovuşub.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org