İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
31 Yanvar 2011 | Sürücülərin mobil telefonla danışığa görə cərimə statistikası açıqlanıb
Sürücülərin mobil telefonla danışığa görə cərimə statistikası açıqlanıb Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, İnzibati Xətalar Məcəlləsinə edilən məlum dəyişiklikdən sonra Bakıda sükan arxasında mobil telefonla danışmaqla bağlı 124 inzibati pozuntu qeydə alınıb.

Onun sözlərinə görə, ötən ilin birinci yarısında bu göstəricidən dəfələrlə çox belə pozuntu qeydə alınmışdı.
Ötən ilin iyulunda İnzibati Xətalar Məcəlləsinə və "Yol hərəkəti haqqında" qanuna əlavə və dəyişikliklər edilib və bir qrup inzibati xətalara görə cərimələrin məbləği artırılıb.
Həmin dəyişikliklərə qədər sükan arxasında telefonla danışmaq İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinin təsiri altına düşürdü və bu xətalara görə 20 manat məbləğində cərimə nəzərdə tutulurdu.
Qanuna dəyişiklikdən sonra həmin xəta Məcəllənin 155.6-cı maddəsinin pozuntusu kimi qiymətləndirilib və bu pozuntuya görə 50 manat məbləğində cərimə müəyyən edilib.

Əsədov deyib ki, sürücülərin sükan arxasında telefonla danışması ilə bağlı pozuntular daha çox idi. Bu pozuntu səbəbindən baş verən yol qəzaları isə ağır nəticələr doğururdu.
Şöbə rəisi qeyd edib ki, ötən ilin ikinci yarısında sükan arxasında mobil telefonla danışmaq ölümlə nəticələnən 9 yol qəzasına səbəb olub. Qəzalar zamanı 3 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, məlum dəyişikliklərdən sonra sanksiyası sərtləşdirilən inzibati xətaların sayında kəskin azalma müşahidə olunur.
Sükan arxasında mobil telefonla danışma hallarının daha çox xanım sürücülər arasında yayıldığını deyən Əliyev qanuna dəyişiklikdən sonra bu sahədə dönüş yarandığını bildirib.
Kateqoriya: Mətbuat » Ölkədə

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org