İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
22 Aprel 2010 | Press - reliz (“Erkən Nigah və Qan Qohumluğu Sosial Problem Kimi” layihəsinin təqdimatı)
Press - reliz (“Erkən Nigah və Qan Qohumluğu Sosial Problem Kimi” layihəsinin təqdimatı)


Press-reliz

“Erkən Nigah və Qan Qohumluğu Sosial Problem Kimi”
layihəsinin təqdimatı

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökümət Təşkilatlarına Dövlət dəstəyi Şurasının
maliyyə dəstəyi ilə həyata keçirilir


“İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçı Qrupu” artıq 2 ilə yaxındır ki, fəaliyyət göstərir. Təşkilatımızın nəzdində “Hüquqi Məsləhət Mərkəzi” və “Qaynat Xətt” xidmətləri yaradılmışdır. Birgə İşçi qrupunun “Qaynar Xətt” xidmətinə daxil olan şikayətlərin içərisində erkən nigah probleminin törətdiyi mənfi hallar- məişət zorakılığı, əmlakın bölüşdürülməsi məsələləri də mühüm yer tutur.

Uşaqların hüquq və azadlıqların qorunması, onların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən, tibbi xidmətlərlə təmin edilməsi onların hər tərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir.

Hər bir cəmiyyətdə olduğu kimi Azərbaycan ailəsində də erkən nigah problemi hələ də qalmaqdadır. Bu faktı UNİCEF-in Azərbaycan nümayəndəliyi və BMT-nin Əhali Fondunu hesabatlarında da görmək olar. Erkən nigahlar təəssüflər olsun ki, əksər hallarda valideynlərin təsiri ilə baş verir. Müəyyən edilmişdir ki, qız övladlarını erkən nigaha vadar etməklə valideynlər problemlərini həll etdiklərini düşündükləri halda, əksinə daha böyük problemlərlə qarşılaşırlar. Təhsili olmayan, özünü müdafiə etməyi bacarmayan qız şəxsiyyət kimi formalaşma imkanlarını itirir, cəmiyyətdən təcrid olunur. Erkən nikahlar ailələrin dağılmasına və əksər hallarda bu izdivacdan doğulan körpələrin fiziki və psixi xəstəliklərlə dünyaya gəlməsinə səbəb olur.

Valideyinlərin öz övladlarını erkən yaşda yaxın qohumları ilə evləndirməsi Azərbaycanın regionlarında dəb halını almışdır ve belə olan halda, erkən nigah problemi isə eyni zamanda digər bir problemə - Azərbaycan ailəsində qan qohumluğu probleminə səbəb olur.

Azərbaycanın bəzi regionlarında erkən nigah məsələsi ilə əlaqədar təhsildən yayınma halları mövcuddur. Nigah müqaviləsi olmadıqda, qadınlar hüquqi olaraq müdafiəsiz qalırlar. Problemlərin böyük bir hissəsi məhz maariflənmənin aşağı səviyyədə olmasından meydana gəlir. Bizim işimiz də region əhalisini bu sahədə maarifləndirməkdən ibarətdir.

“Erkən Nigah və Qan Qohumluğu Sosial Problem Kimi” layihəsinin adından da göründüyü kimi əsas məqsədi problemlərin daha qabarıq şəkildə olduğu Lənkəran, Cəlilabad rayonlarında həmin problemlərin həllinə yardım etməkdir.

Bu layihənin məqsəd və vəzifəsi erkən nigah məsələsi və onun törətdiyi problemlər haqqında gənclərə məlumat vermək, kənd icra nümayəndələrini, məktəb direktorlarını maarifləndirmək və bununla bağlı daxil olan şikayətləri müvafiq hüquq mühafizə orqanlarına çatdırmaqdan ibarətdir.

Hesab edirik ki, iki ay ərzində həyata keçirdiyimiz bu layihə çərçivəsində qızların orta məktəb yaşlarında ərə verilməsi problemi azalacaq və məktəblərdə şagirdlərin davamiyyəti artacaq, valideynlərin və şagirdlərin mövcud problemə qarşı baxışları və münasibətlərinin dəyişilməsinə, Azərbaycan cəmiyyətində erkən nigah nəticəsində baş verən ailə daxili məişət zorakılığı, ailə dağılması hallarının azalmasına köməklik göstərəcək.

Erken nigah problemləri ilə bağlı Birgə İşçi Qrupunun “Qaynar xətt” xidmətinin etimad telefonları (088 408 30 17 ve 088 408 30 27) iş saatları ərzində bütün regionlardan ev telefonlarından pulsuz zənglər üçün açıq olacaqdır.

İnsan Hüquqlarına dair Beynəlxalq Standartların
Təsbiti üzrə Birgə İşçı Qrupu
www.humanrights-jwg.org
office@humanrights-jwg.org
(+994 12) 408-27-53
Qaynar xəttlər: 012 408 30 17, 012 408 30 27, 088 408 30 17, 088 408 30 27
Kateqoriya: Mətbuat » Press-relizlər

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org