İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
19 Noyabr 2009 | Press - reliz (“Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinin hüquqi əsasları: problemlər və perspektivlər”)
“İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu” və “İnsan Hüquqlarları üzrə İctimai Şura” İctimai Birliyinin
“Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinin hüquqi əsasları: problemlər və perspektivlər” mövzusunda keçirdiyi Dəyirmi Masanın

Press Relizi


Press - reliz (“Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinin hüquqi əsasları: problemlər və perspektivlər”)Artıq 10 ildir ki, Azərbaycanda dünya və Avropa standartlarına, Yerli Özünüidarəetmə haqqında Avropa Xartiyasında nəzərdə tutulmuş prinsiplərə uyğun olan yerli özünüidarəetmə sisteminin formalaşdırılmasına başlanılmışdır. Bu illər ərzində respublikamızda sayca iki bələdiyyə seçkisi keçirilmiş, ölkə üzrə bələdiyyə qurumları şəbəkəsi yaradılmış, onların inkişafı ilə bağlı kifayət qədər təcrübə əldə edilmişdir ki, bu da yerlərdə əhalinin müxtəlif problemlərini həll etmək üçün demokratik mexanizmlərin formalaşdırılmasına imkan vermişdir. Ötən dövr ərzində bütün mövcud çətinliklərə baxmayaraq yeni formalaşdırılmış bələdiyyələr öz işini davam etdirmiş, hökumətin və yerli özünüidarəetmənin inkişafında maraqlı olan vətəndaş cəmiyyətlərinin yaxından köməkliyi sayəsində işlərini qurmağa başlamışlar.

Lakin hələ də yerli özünüidarəetmə sahəsində bir sıra ciddi problemlər qalmaqdadır ki, bunun da ən mühüm səbəbi bu sahədə ənənələrin, təcrübənin olmamasıdır. Bu baxımdan aparıcı ölkələrin yerli özünüidarəetmə sahəsindəki təcrübələrinin öyrənilməsinin və həmin təcrübədən Azərbaycanın milli və yerli şəraiti nəzərə alınmaqla yaradıcılıqla istifadə olunmasının faydalı olacağını güman edirik.

23 dekabr 2009-cu il tarixində keçirilməsi nəzərdə tutulan növbəti bələdiyyə seçkiləri ərəfəsində hesab edirik ki, əhalidə bələdiyyə şüurunun formalaşması üçün ilk növbədə geniş maarifləndirmə işi aparılmalıdır. Bu məsələdə bələdiyyələr başda olmaqla Qeyri Hökumət Təşkilatları, siyasi partiyalar, elm adamları üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.

Qanunvericilikdə müvafiq dəyişikliklər edilərək bələdiyyələrin vəzifə və səlahiyyətləri açıq şəkildə müəyyənləşdirilməli, mərkəzi dövlət orqanları və onların yerdəki nümayəndələrinin, xüsusilə yerli icra hakimiyyətlərinin bələdiyyələrin səlahiyyətlərinə aid olan sahələrə və onların fəaliyyətinə müdaxilə etməsinə imkan verilməməlidir. Bu baxımdan yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları arasında səlahiyyət və məsuliyyət bölgüsünün aparılmasını məqsədəuyğun hesab edirik.

“İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu” və “İnsan Hüquqlarları üzrə İctimai Şura” İctimai Birliyi Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyəti və inkişafı ilə bağlı problemlərin həlli yollarını özündə ehtiva edən Təkliflər Paketi hazırlamışdır və sənəd geniş ictimaiyyətin müzakirəsinə verilir.

Bakı şəhəri
19 noyabr 2009-cu il
Kateqoriya: Press relizlər

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org