İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
15 Dekabr 2011 | Azərbaycanda "Sosial xidmət haqqında" qanun layihəsinin yekun variantı parlamentə tövsiyə olunub
Azərbaycanda "Sosial xidmət haqqında" qanun layihəsinin yekun variantı parlamentə tövsiyə olunub Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında qanun layihəsi aparılmış düzəlişlərlə müzakirəyə çıxarılıb.

Qanun layihəsində sosial xidmət sahəsində fəaliyyət göstərən subyektlərin siyahısına könüllülər də əlavə olunub. Həmçinin sosial xidmət sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi ictimai iştirakçılığın təmin olunması da qeyd edilib.

Komitə sədri Hadı Rəcəbli iclasda bildirib ki, layihə kifayət qədər işlənilərək hazır vəziyyətə gətirilib. “Bu qanunun müddəalarından irəli gələn məsələlər sosial müdafiəyə ehtiyacı olan insanların həyatında mühüm yer tutacaq”, - Rəcəbli deyib.

Azərbaycanda bu qanun ölkədə qeydə alınan 4308 kimsəsiz uşağın, 410 min əlilin, 400 mindən çox yaşlı insanın müdafiəsinə xidmət edəcək.

Qanun layihəsi xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla hazırlanıb. Yeni qanunla sosial yardıma ehtiyacı olan vətəndaşların kateqoriyaları, sosial yardımın növləri (dövlət stasionar müəssisələrdə, özəl müəssisələrdə, evlərdə) müəyyənləşdiriləcək. Azərbaycanda sosial xidmətlərlə bağlı qanunvericilik yaradıldıqdan sonra sosial işçilərin statusu, onların hüquq və vəzifələri müəyyən ediləcək.

Sosial işçilər öz əməklərinə görə dövlətdən əməkhaqqı alacaqlar.
Kateqoriya: Qanunvericilik » Milli

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org