İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
4 Noyabr 2011 | Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi qurumun Daimi Şurasında çıxış edib
Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi qurumun Daimi Şurasında çıxış edib Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov da Azərbaycan Respublikasının münaqişə ilə bağlı mövqeyini bir daha diqqətə çatdırıb. Q. İsrafilov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi yalnız Azərbaycanın deyil, eyni zamanda Avropanın təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir: “Çünki iqtisadiyyatı sürətlə inkişaf edən, Avropanın etibarlı tərəfdaşına çevrilən və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan Azərbaycan son dövrdə təhlükəsizlik istehlakçısından təhlükəsizlik istehsalçısına çevrilib. Bu baxımdan Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ATƏT-ə üzv ölkələr üçün də fövqəladə dərəcədə mühüm məsələ olmalıdır”.

Danışıqların gedişinə toxunan daimi nümayəndə deyib ki, hazırkı status-kvonun saxlanılması Ermənistan tərəfinin marağındadır və bu dövlət heç bir şərtlə həmin status-kvonu dəyişmək niyyətində deyildir: “İşğal olunmuş Azərbaycan torpaqlarında mədəni irsin məhv edilməsi, abidələrin dağıdılması, bu ərazilərin Ermənistan tərəfindən məskunlaşdırılması, təbii sərvətlərin amansızcasına talan edilməsi Ermənistanın bu niyyətini ortaya qoyan siqnallardır”.

Səfir qeyd edib ki, etimad quruculuğu tədbirləri status-kvonun möhkəmlənməsinə xidmət etməməli, əksinə, işğal olunmuş ərazilərin, o cümlədən Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın hüquqi və siyasi sisteminə reinteqrasiya olunmasına töhfə verməlidir. O, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında görüşün təşkil edilməsinə dair təklif irəli sürüb və ATƏT-ə üzv dövlətlər və həmsədrləri bu humanitar xarakterli etimad quruculuğu tədbirini dəstəkləməyə cağırıb. Bundan əlavə, hərbi sahədə etimad quruculuğu tədbiri qismində işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılmasının vacibliyi qeyd olunub.

Azərbaycan tərəfinin konstruktiv yanaşması ATƏT-ə üzv dövlətlər tərəfindən müsbət qarşılanıb.
Kateqoriya: Qarabağ

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org