İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
16 Iyun 2011 | Avropa Parlamentinin saytında Dağlıq Qarabağın Azərbaycana aid olması barədə bəyanat yerləşdirilib
Avropa Parlamentinin saytında Dağlıq Qarabağın Azərbaycana aid olması barədə bəyanat yerləşdirilib Bu barədə Avropa Parlamentinin rəsmi saytında yerləşdirilən bəyanatda qeyd olunub: “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində erməni əhalisinin əksəriyyət təşkil etdiyi ərazidir”.

Bəyanatda Avropa Parlamentinin sədri İrji Buzekin Bakıya səfəri zamanı dediyi sözlərdən də sitat gətirilib: “Görüşlər zamanı mən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü vurğuladım. Bildirdim ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində və Madrid prinsipləri əsasında sülh yolu ilə həllinə dair səyləri dəstəkləyir”.

Aşağıda həmin bəyanatın mətnini nəzərinizə çatdırırıq:

Dağlıq Qarabağ - Cənubi Qafqazın həll olunmamış münaqişəsi

Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və əksəriyyətini etnik ermənilər təşkil etdiyi ərazidir.
Bu bölgə 1992 – 1994-cü illərdəki müharibə nəticəsində viran olunub və beynəlxalq vasitəçilik hələ də davamlı sülh yarada bilməyib. Bu yaxınlarda Avropa Parlamentinin sədri İrji Buzek bu bölgəyə baş çəkib və bölgədəki vəziyyətlə əlaqədar dinləmələr Xarici Əlaqələr üzrə Komitədə iyunun 15-də keçiriləcək.

Bu bölgə, Azərbaycan ərazisi çərçivəsində əhalisi 140.000 insanın təşkil etdiyi və əsasən etnik ermənilərdən ibarət olan anklavdır. Bu bölgə dövlətçilik iddialarını irəli sürsə də heç Ermənistan tərəfindən də tanınmayıb. Atəşkəsin olmasına baxmayaraq, gərginlik hələ də yüksək səviyyədə qalmaqdadır, zorakılıq aktları mövcuddur və bir çoxları Azərbaycanın status-kvoya hərbi əməliyyatlar vasitəsilə iddia edəcəyindən qorxur.

Münaqişənin həll olunması üçün edilən cəhdlər

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəsilə münaqişənin uzunmüddətli həllinə çalışır. Madrid prinsipləri kimi tanınan münaqişənin həlli prinsipləri arasında aşağıdakılar mövcuddur:

• Dağlıq Qarabağın ətrafındakı ərazilər Azərbaycanın nəzarəti altına geri qaytarılır
• Dağlıq Qarabağın yekun hüquqi statusu müəyyən olunur
• Dağlıq Qarabağla Ermənistanı dəhliz birləşdirir
• Bütün qaçqın və məcburi köçkünlərə öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ verilir

Azərbaycana səfəri zamanı cənab Buzek bildirib: “Görüşlər zamanı mən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü vurğuladım. Bildirdim ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində və Madrid prinsipləri əsasında sülh yolu ilə həllinə dair səyləri dəstəkləyir”.

Bölgə üçün nəticələr

Bu münaqişə Ermənistanı diplomatik təcriddə qoyaraq Rusiyadan asılı vəziyyətə saxlayır. Sərhədləri Türkiyə ilə bağlandıqdan bəri, Ermənistanın quru ilə yeganə mövcud nəqliyyat seçimi Gürcüstan və İrandır. Xəzər dənizindən Türkiyə qədər uzanan boru kəmərləri Ermənistanın ərazisindən yox Gürcüstanın ərazisindən çəkilib, Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolunun inşası isə Ermənistandan yan keçir.
Kateqoriya: Qarabağ » Xəbərlər

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org