İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
7 Iyul 2011 | Avropa Parlamentinin nümayəndələri Qarabağ münaqişəsinin nizamlanması prosesində vəziyyəti müzakirə ediblər
Avropa Parlamentinin nümayəndələri Qarabağ münaqişəsinin nizamlanması prosesində vəziyyəti müzakirə ediblər Aİ xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun hesabatından sonra, millət vəkilləri bu məsələ ilə bağlı müzakirələr aparıblar. Estoniyadan Avropa Parlamentinin üzvü Kristina Oyuland (Kristiina Ojuland) Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyü prinsipindən əsaslanmalı və 2010-cu ildə Avropa Parlamentin qəbul etdiyi qətnaməyə uyğun olaraq erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini vurğulayıb.

Avstriya deputatı Ulrike Lunaçek (Ulrike Lunacek) Ermənistanı işğal olunmuş əraziləri boşaltmağa və Azərbaycanı silahlanma prosesini azaltmağa çağırıb.

Deputat Ines Vader (Inese Vaidere) (Latviya) Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində kifayət qədər fəal olmadığını qeyd edib. "Bunun üçün Aİ lazımi qədər təcrübəyə və resurslara malikdir", millət vəkili bildirib. Onun fikrincə, münaqişənin həlli üçün erməni qoşunları işğal olunmuş torpaqlardan çıxarılmalıdır ki, qaçqın və məcburi köçkünlər öz evlərinə qayıda bilsinlər. Deputatın sözlərinə görə, Ketrin Eştonun Azərbaycan və Ermənistana nəzərdə tutulan səfəri münaqişənin həllinə yardım edəcək. Bu baxımdan münaqişə tərəflərini silahla təchiz edən Rusiyanın danışıqlarda iştirak etməsi vacib olduğunu vurğulayıb.

Avropa Parlamentinin üzvü, EURONEST-də Aİ-nin nümayəndə heyətinin rəhbəri Kristian Vigenin (Bolqarıstan) Qarabağ münaqişəsində gərginliyin artmasından narahatlığını bildirib.

"Kazan görüşünün uğursuzluqla nəticələnməsi, bəlkə də, Minsk Qrupunun öz imkanlarının tükənməsindən xəbərə verir. Lakin münaqişə tərəfləri, danışıqların uğurlu olması üçün daha da çox səy göstərmədirlər”, Vigenin deyib. O, həmçinin Avropa Parlamentinin iki ölkə arasında dialoqun aparılmasına yardım etməyini və münaqişənin həllində daha əhəmiyyətli rol oynamağının vacibliyini vurğulayıb.
Kateqoriya: Qarabağ » Xəbərlər

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org