İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
1 Dekabr 2011 | ATƏT-in Minsk qrupunun ölkələri Dağlıq Qarabağ münaqişəsinin nizamlamasına sadiqdirlər
ATƏT-in Minsk qrupunun ölkələri Dağlıq Qarabağ münaqişəsinin nizamlamasına sadiqdirlər ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) və ATƏT-in sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik noyabr ayının 28-30-da Bakıya və Yerevana səfər ediblər. ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, həmsədrləri Fasyeni gələcəkdə Fransadan həmsədr kimi əvəz edən səfir Jak For müşayiət edib. Həmsədrlər Yerevanda Ermənistan prezidenti Serj Sarkisyan, XİN-in rəhbəri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyan ilə, Bakıda isə Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyevlə görüşüblər. Keçirilən bütün görüşlərdə həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin davamlı nizamlamasına nail olmasında təmsil etdikləri ölkələrin öhdəliklərini təsdiq ediblər.

Press-relizdə deyilir ki, təmas xəttində baş vermiş son hadisələri nəzərə alan həmsədrlər 1994-cü ildə əldə olunmuş atəşkəs rejiminə dair razılaşmanı riayət etməsinin vacibliyini vurğulayıblar.
"Onlar təsdiq ediblər ki, bu cür hadisələr onu göstərir ki, sərhəd bölgələrində baş verən insidentləri araşdırmaq üçün, prezidentlərin razılıq verdiyi məqsədyönlü mexanizmi həyata keçirmək zəruridir. Həmsədrlər həmçinin insanlar arasında etimadı doğrultmaq, dini, mədəni məkanları və qəbiristanlıqları qorumaq üçün əlavə tədbirlərin görülməsi barədə də müzakirələr aparıblar", - bəyanatda deyilir.

Həmsədrlər noyabrın 29-u Ermənistan və Azərbaycan arasında sərhədini ayaqla keçərək hər iki tərəfin rəsmiləri ilə sərhəd regionundakı vəziyyəti müzakirə etmək üçün görüşüblər. Noyabrın 30-da həmsədrlər Dağlıq Qarabağ azərbaycanlıları ilə görüşüblər və vurğulayıblar ki, münaqişənin sülh yolu ilə həll olunması məcburi köçkün və qaçqınların öz yurd yuvalarına qayıtmaq hüquqlarını özündə əks etdirməlidir.

Dekabrda ATƏT-in Nazirlər Şurasının Vilnüsdə keçiriləcək iclası qabaq həmsədrlər tərəfləri sülh nizamlanmasına və saxlanması qəbul olunmaz olan status kvonun çərçivəsindən kənara çıxmağa yenidən öz sadiqliyini təsdiq etmək üçün fürsətdən faydalanmağa çağırıblar, bəyanatında bildirilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Kateqoriya: Qarabağ » Xəbərlər

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org