İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
27 Mart 2009 | "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çox yaxındır"
Azərbaycana səfər edən Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Bakını tərk etməzdən əvvəl ANS-ə eksklüziv müsahibə verib"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çox yaxındır"

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çox yaxındır. Azərbaycan və Ermənistan prezidentlərinin arasında ümumi dil və qarşılıqlı inamın formalaşması bunu deməyə əsas verir". Bunu Ermənistan və Gürcüstandan sonra, yanvarın 26-da Azərbaycana səfər edən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Bakını tərk etməzdən əvvəl ANS-ə eksklüziv müsahibəsində deyib. Amerikalı diplomat Azərbaycanda səfərdə olarkən Xarici İşlər Nazirliyində keçirdiyi görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyəti, o cümlədən də, Azərbaycan və Ermənistan prezidentlərinin, bu ilin mayında Çexiyanın paytaxtı Praqada keçirilməsi planlaşdırılan görüşünə hazırlıq məsələlərini müzakirə edib.

Amerikalı diplomat keçirdiyi görüşlərdən sonra belə hesab edir ki, tərəflər yekun rəyə gəlməyə çox yaxındırlar: “Rəsmi Vaşinqtonda belə bir mövqe formalaşıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə paralel aparılmalıdır. Biz həmsədr olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə Madrid prinsiplərinə əsaslanan təklifləri vermişik. Mən hesab edirəm ki, Ermənistan-Azərbaycan münasibətlərində hər hansı bir irəliləyişə nail olmuşuq. Bu dəfəki səfərimdə də Bakıda və İrəvanda irəliləyişin olmasını hiss etdim”.

Metyu Brayzanın sözlərinə görə, ümumi dil və qarşılıqlı inamla yanaşı prezidentlər arasında qarşılıqlı hörmət də mövcuddur. “Biz həmsədrlər olaraq bunu inkişaf etdirməli və birgə məqamlar taparaq danışıqların uğurla davam etdirməsinə nail olmalıyıq”.

Metyu Brayza: “Yanvarın 28-də Sürixdə prezidentlərin görüşü zamanı müsbət məqamların şahidi olduq. Heç bir uçurum yox idi. Onlar inamın səviyyəsini möhkəmləndiriblər. Ümid edirəm ki, mayın əvvəlində bu, daha da güclənəcək. Biz həmsədr olaraq onları bir-birinə qarşı öhdəliyini yerinə yetirməyə hazırlamalıyıq. Mən hiss edirəm ki, bu, mümkün ola bilən haldır. Onlar bir-birinə inanır. Mən həmsədr kimi bunu daha da dərinləşdirə bilərəm. Onlar bir-birinə hörmət edirlər. Bu isə həll məqamının nə qədər yaxın olmasını bildirir”.

Regiona səfərinin Gürcüstan hissəsinə toxunan amerikalı diplomat Tiflisin səfər planına sonradan salındığını deyib. Ölkədə baş verənlərə gəldikdə isə, Brayza qeyd edib ki, həm iqtidar, həm də müxalifət ciddi şəkildə demokratiyanın qorunub saxlanılmasına çalışmalıdır. Onun sözlərinə görə, Gürcüstanda demokratik proses yüksələn xətlə inkişaf edir./ANS TV/
Kateqoriya: Qarabağ » Xəbərlər

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org