İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
20 May 2009 | "Münaqişə həll edilməyənədək regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi mümkün olmayacaq"
"Münaqişə həll edilməyənədək regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi mümkün olmayacaq"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiya xarici işlər nazirinin müavini, xanım Olqa Alqayerovanı qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O. Alqayerova səfərinin məqsədinin əməkdaşlığın genişləndirilməsi imkanlarını öyrənmək olduğunu deyib. Qonaq ümidvar olduğunu bildirib ki, Azərbaycanın Bratislavada fəxri konsulluğunun açılması, iki ölkə arasında hüquqi-normativ bazanın inkişaf etdirilməsi, enerji və digər sektorlar üzrə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi əlaqələrin genişləndirilməsinə töhfə verəcək.

O, bir sıra Slovakiya şirkətlərinin Azərbaycanda nəqliyyat-infrastruktur layihələrində iştirak etdiyini, iqtisadi əlaqələrin daha da inkişafı üçün biznes forumların keçirilməsinin faydalı olacağını söyləyib. Qonaq Slovakiyanın Azərbaycanla Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” çərçivəsində də əməkdaşlığın inkişaf etdirilməsi istəyində də olduğunu qeyd edərək, bu istiqamətdə Azərbaycanın məsələyə münasibətinin və təkliflərinin maraqlı olduğunu vurğulayıb.

E. Məmmədyarov Slovakiyanın Azərbaycana marağını yüksək qiymətləndirib, bunun qarşılıqlı olduğunu bildirib. Nazir əlaqələrin genişləndirilməsi üçün Slovakiya tərəfindən qaldırılan bütün istiqamətlərin vacibliyini bölüşüb, habelə iki ölkə XİN-lərinin diplomatik akademiyaları arasında əməkdaşlığın, mədəniyyət günlərinin mübadiləsinin də məqsədəmüvafiqliyini diqqətə çatdırıb. Aİ-nin “Şərq tərəfdaşlığı”na münasibətdə E. Məmmədyarov Azərbaycanın bu əməkdaşlığın bir-biri ilə sıx bağlı olan təhlükəsizlik, iqtisadi, humanitar sahələr üzrə inkişafında maraqlı olduğunu bildirib.

Təhlükəsizliklə bağlı əsas məsələ kimi Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasının vacibliyini qeyd edən E. Məmmədyarov münaqişə həll edilməyənədək regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinin mümkün olmayacağını, münaqişənin həllinin regionun inkişafı üçün yeni imkanlar açacağını diqqətə çatdırıb, habelə, münaqişənin həllinə dair Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib.
Kateqoriya: Qarabağ » Xəbərlər

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org