İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
3 Iyul 2009 | Parlament qəbul etdiyi yekun müraciəti ABŞ Konqresininə ünvanlayıb
Parlament qəbul etdiyi yekun müraciəti ABŞ Konqresininə ünvanlayıbAzərbaycan Parlamentinin (Milli Məclis) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə İqtisadi siyasət komitəsinin 2009-cu il iyunun 30-da keçirilmiş birgə iclasında ABŞ Konqresinin Nümayəndələr Palatasına müraciətin yekun variantı qəbul edilib. Müraciətdə alt komitənin 2009-cu il iyunun 17-də qəbul etdiyi və baxılmaq üçün yuxarı instansiyalara göndərdiyi qərardan narahatlıq bildirilib.

"Həmin qərarda 2010-cu maliyyə ili üçün Dövlət əməliyyatlarına və xarici əməliyyatlara maliyyə vəsaitlərinin ayrılmasına dair qərar çərçivəsində qeyri-qanuni Dağlıq Qarabağ qurumuna 10 milyon ABŞ dolları məbləğində yardım ayrılmasının və 1992-ci ildə qəbul olunmuş Azadlığa Dəstək Aktına 907-ci Əlavənin qüvvəsinin ABŞ Prezidenti tərəfindən illik dayandırılması səlahiyyətlərinin həyata keçirilməsi üçün şərtlər qoyulmasının nəzərdə tutulması separatizmin dəstəklənməsi kimi qiymətləndirilə bilər", - müraciətdə bildirilir.

Azərbaycan Parlamentinin komitələri hesab edirlər ki, separatçı rejimə yardım göstərilməsinə dair bu qərar yuxarı instansiyalar tərəfindən də bəyəniləcəyi təqdirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Minsk Qrupunun həmsədri kimi ABŞ-ın obyektivliyini və tərəfsizliyini şübhə altına ala bilər və bu, heç də Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişafına xidmət etmir.

"Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin əhalisi təkcə erməni icmasından ibarət deyil. Etnik təmizləmə nəticəsində öz yaşayış yerlərini tərk etməyə məcbur olmuş 65 minlik azərbaycanlı icması bu gün ölkəmizin digər ərazisində daha çətin vəziyyətdə yaşamaqdadır və ABŞ-ın hər hansı humanitar yardımından istifadə etmək imkanından məhrumdur. Belə bir vəziyyətdə separatçı Dağlıq Qarabağ qurumuna göstərilən yardımlar, Azərbaycanın işğal olunmuş ərazisi barəsində birtərəfli addımlar Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında qarşılıqlı etimad mühitinin və birgə yaşayış şəraitinin formalaşmasına mane olur", - Parlament komitləri tərəfindən göndərilən müraciətdə deyilir.

Müraciətdə qətiyyətlə bildiririk ki, ABŞ-ın Dağlıq Qarabağa göstərə biləcəyi hər hansı bir humanitar yardım Azərbaycan hökuməti ilə razılaşdırılmalı və bu məsələdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olması faktı unudulmamalıdır. Dağlıq Qarabağa humanitar yardımların ABŞ-ın dövlət agentlikləri vasitəsi ilə göstərilməsi nəzərə alınarsa, həmin yardımların Azərbaycan ərazisində fəaliyyət göstərən müvafiq agentliklər tərəfindən çatdırılması düzgün olardı. Bu həm ABŞ-ın humanitar narahatlıqlarına cavab verər, həm də Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə ABŞ-ın mövqeyini bir daha əks etdirərdi.

"Müraciətdə ifadə edilən narahatlığımızın anlayışla qarşılanacağına ümid etdiyimizi bildiririk. Əminik ki, ABŞ-Azərbaycan münasibətlərinə, ölkələrimizin strateji tərəfdaşlığına kölgə salan addımların atılmaması, əksinə, bu münasibətlərə və tərəfdaşlığa kömək göstərən tədbirlərin görülməsi, o cümlədən Azadlığa Dəstək Aktına 907-ci Əlavənin ləğv edilməsi zərurəti ABŞ-ın bütün dövlət qurumları, xüsusən Konqresin müvafiq strukturları tərəfindən tezliklə qəbul ediləcək", - Konqresin Nümayəndələr Palatasına göndərilən müraciətdə qeyd olunur.

Müraciət ABŞ Konqresi Senatının sədri Robert Bördə, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri xanım Nensi Pelosiyə və ABŞ Konqresinin Azərbaycanla əlaqələr üzrə qrupunun üzvlərinə ünvanlanıb.

Trend News
Kateqoriya: Qarabağ » Xəbərlər

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org