İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
26 Avqust 2009 | 30 avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər günü Azərbaycanın beş şəhərində qeyd ediləcək
30 avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər günü Azərbaycanın beş şəhərində qeyd ediləcək30 avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər günü Azərbaycanda da qeyd ediləcək. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) media ilə əlaqələr bölməsindən APA-ya verilən məlumata görə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin ailələri avqustun 25-dən 30-na kimi Beynəlxalq İtkin Düşmüş Şəxslər gününü qeyd etmək üçün Azərbaycanın beş şəhərində - Şəmkir, Gəncə, Ağcabədi, Bərdə və Bakıda toplaşacaqlar.

BQXK-nın Bakıdakı nümayəndəliyinin axtarış üzrə nümayəndəsi Yelena Miloşeviç Lepotiç deyib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs sazişinin imzalanmasından 15 il keçsə də, 4500-dən çox itkin düşmüş şəxsin taleyinə hələ də aydınlıq gətirilməyib: “Günlər ötdükcə bu ailələr bütün həyatlarını bir məqsədə yönəldirlər: öz yaxınlarının taleyi barədə bilmək, cavab almaq istəyirlər. Gözləmə və ümid içində keçən bu illər ərzində onlara qüvvə verən öz əzizlərinin xatirələridir.

Y.Miloşeviç Lepotiç qeyd edib ki, Azərbaycandakı bütün itkin ailələri BQXK, yerli təşkilatlar və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Beynəlxalq İtkin Düşmüş Şəxslər gününü qeyd etmək üçün həvəsləndirilirlər: “Biz onları itkin düşmüş şəxsin istifadə etdiyi və ya çox xoşladığı, həmin şəxsdən ötrü xüsusi məna kəsb etmiş əşyanı gətirməyə və həmin əşya ilə bağlı əhvalatı bölüşməyə dəvət etmişik. Burada ideya onu göstərməkdən ibarətdir ki, hər bir itkin şəxs özünün şəxsi həyatı, işi, ailəsi, məşğul olduğu əyləncə və zövqləri, çaldığı musiqi aləti, iştirak etdiyi idman növü ilə ayrıca bir fərd və icmanın bir üzvü idi”.

Beş şəhərdə təqdim olunacaq əşyaların şəkilləri və itkin düşmüş şəxslərin bu əşyalarla bağlı əhvalatları BQXK tərəfindən ayrıca kitabçada nəşr olunacaq. Bu mərasim zamanı həmçinin itkin ailələrinin yerli QHT nümayəndələrinin təmin etdiyi hüquqi, ictimai və psixoloji yardımdan faydalanmaq imkanı olacaq.
Kateqoriya: Qarabağ » Xəbərlər

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org