İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
27 Avqust 2009 | Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk Bakı sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə oluna bilər
Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk Bakı sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə oluna bilərTürkdilli Ölkələrin Parlament Assambleyasının (TÖPA) bu ilin sentaybrında Bakıda keçiriləcək ilk sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə oluna bilər. "Sessiyanın gündəliyi və müzakirə olunacaq məsələlər ümumi toplantının ilk iclasında müəyyənləşdiriləcək. Dağlıq Qarabağ məsələsinin də gündəliyə salınması mümkündür", - çərşənbə günü Trend News-a TÖPA-nın Azərbaycandan olan nümayəndə heyətinin üzvü, millət vəkili Nizami Cəfərov bildirib.

Trend News-un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Cəfərovun sözlərinə görə, Türkmənistan və Özbəkistan Türkdilli Ölkələrin Parlament Assambleyasına qoşulmağa razılıq verməyiblər. "Bu ölkələrdən hələ normal bir cavab gəlməyib. Hələlik danışıqlar dörd dövlət arasında aparılır. Türkmənistan və Özbəkistanın da bu quruma qoşulacağına ümid var", - millət vəkili deyib.

Trend News-un arayışı: Türkdilli dövlətlərin parlament sədrlərinin ötən il İstanbulda keçirilən toplantısında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÖPA) yaradılması barədə razılıq əldə olunmuşdu. TÖPA-ya Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir. Özbəkistan və Türkmənistan toplantıda iştirakdan imtina etmişdilər. Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk sessiyasının bu il sentyabrın sonunda Bakıda keçirilməsi gözlənilir.

Cəfərov bildirib ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının yanında Parlament Jurnalistləri Assosiasiyası yaranma ərəfəsindədir. "Əgər Türkmənistan və Özbəkistanın parlamentariləri Parlament Assableyasının ilk Bakı sessiyasında iştirak etməsələr, tədbirə bu ölkələrin parlament jurnalistləri dəvət oluna bilər. Hazırda bu məsələ üzərində iş gedir", - Cəfərov deyib.
Kateqoriya: Qarabağ » Xəbərlər

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org