İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
28 Avqust 2009 | Münaqişə bölgəsində sülhməramlıların yerləşdirilməsi məsələsi müzakirə olunmur
Münaqişə bölgəsində sülhməramlıların yerləşdirilməsi məsələsi müzakirə olunmur“Bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda regionda sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi müzakirə olunmur”. Bu açıqlamanı APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov verib. O hələlik tərəflərin ümumi prinsiplər ətrafında danışıqlar apardığını bildirib:

“Ümumi prinsiplərə dair razılıq əldə olunduqdan sonra danışıqların növbəti mərhələsi başlayacaq. Münaqişə bölgəsində sülhməramlıların yerləşdirilməsi məsələsi əldə edilmiş razılıqların həyata keçirilməsinin bir hissəsidir. Bu, çox geniş bir məsələdir, ona görə bu məsələ növbəti bir mərhələ kimi müzakirə edilə bilər. Münaqişə zonasında sülhməramlıların yerləşdirilməsi ilə bağlı bir çox suallar həllini tapmalıdır. Söhbət sülhməramlı kontingentin tərkibi, sayı, burada təmsil olunacaq ölkələr, dislokasiya olunacaqları yer, onların mandatı və s. gedir. Ona görə də bu gün danışıqlar masasında belə bir məsələ müzakirə olunmur”.

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın “Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər” bəyanatına münasibət bildirən E. Poluxov deyib ki, xarici işlər naziri müavininin belə çıxışları danışıqlar prosesinin səmərəli həyata keçirilməsinə heç də müsbət təsir etmir: “Bu, Ermənistanın konstruktiv mövqe tutmadığını sübut edən növbəti bir göstəricisidir”.
Kateqoriya: Qarabağ » Xəbərlər

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org