İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
23 Noyabr 2009 | Azərbaycan və Ermənistan prezidentlərinin Münhendəki danışıqları konstruktiv keçib – ATƏT-in Minsk Qrupunun bəyanatı
Azərbaycan və Ermənistan prezidentlərinin Münhendəki danışıqları konstruktiv keçib – ATƏT-in Minsk Qrupunun bəyanatıAzərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan bazar günü bu ildə sayca altıncı görüşdə ATƏT-in həmsədrləri tərəfindən təqdim edilən daha vacib məsələlərin həllini ətraflı şəkildə müzakirə ediblər, bu barədə ATƏT-in Minsk Qrupunun bazar günü yayılan bəyantında deyilir. "Təxminən dörd saat davam edən danışıqlar konstruktiv keçib. Bəzi sahələrdə irəliləyiş əldə olunub. Eyni zamanda bəzi məsələlər hələ də açıq qalır", - bu barədə bəyanatda deyilir.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtkenin (ABŞ) təşəbbüsü ilə Münhendə Fransanın baş konsulunun iqamətgahında təşkil olunub. Danışıqlar Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın, həmçinin ATƏT-in şəxsi nümayəndəsi Ancey Kaspşikin iştirakı ilə keçirilib.

ATƏT-in Mİnsk Qrupunun bəyanatında deyildiyi kimi, Azərbaycan və Ermənistan prezidentləri iki ölkənin xarici işlər nazirlərinə müzakirə olunan məsələlər üzrə həmsədrlərlə işi davam etdirməyi tapşırıb. Növbəti addım qismində ATƏT-in Nazirlər Şurasının dekabrın 1-2-də Afinada keçiriləcək iclası ərəfəsində iki nazirin işçi sessiyasının təşkili nəzərdə tutulub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Trend News
Kateqoriya: Qarabağ » Xəbərlər

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org