İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Siz öz hüquqlarınızı qoruya bilirsinizmi?

BƏLİ
XEYR
QİSMƏN


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
27 Yanvar 2010 | "Münaqişənin nizamlanması üzrə baza prinsiplərinin qəbulunun uzadılması danışıqlara mənfi təsir edə bilər"
"Münaqişənin nizamlanması üzrə baza prinsiplərinin qəbulunun uzadılması danışıqlara mənfi təsir edə bilər"Biz Dağlıq Qarabağ probleminin həllində əsas diqqəti Azərbaycan və Ermənistanın səylərinə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinə ayırırıq. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev Brüsseldə keçirilən ATƏT-Avropa İttifaqı nazirlərinin görüşündəki çıxışında deyib. Saudabayevin çıxışı çərşənbə günü Qazaxıstanın Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

"Hesab edirik ki, münaqişənin nizamlanması üzrə baza prinsiplərinin qəbul edilməsinin uzadılması danışıqlar prosesinə mənfi təsir edə bilər və münaqişə tərəfləri arasında etimadın tamamilə itirilməsinə səbəb ola bilər. Bununla əlaqədar olaraq, Qazaxıstan baza prinsipləri üzrə razılaşdırılmamış məsələləri razılaşdırmağa kömək etməyə və bu prosesdə birbaşa iştiraka hazırdır", - Saudabayev deyib.

O hesab edir ki, Dağlıq Qarabağ problemini yalnız bütün maraqlı tərəflərin birgə səyləri ilə həll etmək olar. "Biz inanırıq ki, eyni maraqları güdən Avropa Birliyi və ATƏT sıx əməkdaşlıq edərək və səylərini əlaqələndirərək bu münaqişənin nizamlanmasında müəyyən uğurlar əldə edə bilərlər", - ATƏT rəhbəri deyib.

Saudabayev Ermənistan-Türkiyə əlaqələrinin normallaşması prosesinin başlanmasını razılıq hissi ilə qeyd edib və bunu Cənubi Qafqazda ən əhəmiyyətli hadisələrdən biri kimi qiymətləndirib. "Qazaxıstan hər iki ölkə ilə ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə malik olan ölkə kimi bu prosesin inkişafı üçün maksimum səy göstərəcək", - o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Trend News
Kateqoriya: Qarabağ » Xəbərlər

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org