İNSAN HÜQUQLARINA DAİR BEYNƏLXALQ

STANDARTLARIN TƏSBİTİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPU


. : Sorğu : .

Kimdən şikayətçisiniz?

Yerli icra hakimiyyəti orqanından
Polisdən
“Bakıelektrikşəbəkə”dən
Prokurorluqdan
Avtobus sürücülərindən


. : Xəbərlər : .

. : Təqvim : .

«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

. : Arxiv : .

Aprel 2012 (6)
Mart 2012 (5)
Fevral 2012 (28)
Yanvar 2012 (33)
Dekabr 2011 (50)
Noyabr 2011 (62)
Oktyabr 2011 (12)
Avqust 2011 (7)
Iyul 2011 (8)
Iyun 2011 (26)
May 2011 (54)
Aprel 2011 (116)
Mart 2011 (66)
Fevral 2011 (70)
Yanvar 2011 (34)
Sentyabr 2010 (7)
May 2010 (3)
Aprel 2010 (1)
Mart 2010 (2)
Fevral 2010 (9)
Yanvar 2010 (23)
Dekabr 2009 (14)
Noyabr 2009 (67)
Oktyabr 2009 (68)
Sentyabr 2009 (33)
Avqust 2009 (23)
Iyul 2009 (7)
Iyun 2009 (52)
May 2009 (25)
Mart 2009 (67)
Fevral 2009 (92)
Yanvar 2009 (31)
Dekabr 2008 (18)
Noyabr 2008 (53)
Oktyabr 2008 (90)
Sentyabr 2008 (79)
Azərbaycan Dağlıq Qarabağa ən yüksək muxtariyyətin verilməsinə hazırdırATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti fevralın 20-də Vyanada İtaliyanın bu qurum yanındakı deputat nümayəndə heyəti ilə görüşmüşdür. Görüş zamanı İtaliya nümayəndə heyətinin rəhbəri Rikardo Miqliori bildirmişdir ki, İtaliya ATƏT-in Mİnsk qrupuna üzvdür və bu səbəbdən də nümayəndə heyəti sessiya çərçivəsində ayrı-ayrılıqda hər iki münaqişə tərəfinin nümayəndələri ilə görüşərək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə fikirlərini bölüşmək istəyir.
Kateqoriya: Qarabağ » Xəbərlər
Azərbaycan siyasətçilərinin Türkiyə-Ermənistan münasibətlərində Dağlıq Qarabağla dair məqama aid fikirləri
Türkiyə Qarabağı güzəştə gedəcəkmi? - SORĞU“ABŞ prezidenti Barak Obamanın Türkiyə iqtidarı ilə apardığı danışıqlarda ortaya qoyulan məsələlərdən biri də Ermənistanla münasibətlərin yaxşılaşdırılması olub. Bu onu göstərir ki, Türkiyə Ermənistanla yaxınlaşmanı öz iradəsi ilə etmir. Amma Türkiyə siyasətçiləri və dövlət rəhbərləri başa düşürlər ki, Azərbaycan Türkiyə üçün çox önəmlidir. Azərbaycanın maraqlarını və mənafeyini gözləməyən dövlət başçısı Türkiyədə uzun müddət hakimiyyətdə qala bilməz”.

Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsindən əlavə Türkiyənin Ermənistanla öz problemləri var: “Lakin Türkiyə bu problemləri də kənara qoyub, əlaqələrini inkişaf etdirməyə çalışır. Bəllidir ki, Ermənistan Türkiyənin ərazi bütövlüyünü də tanımır, amma ermənilərlə bir masa arxasında otururlar”.
Kateqoriya: Qarabağ » Xəbərlər
Vəfa Quluzadə: “Həmişə həmsədrlərə orda-burda çətinliklə iş axtaran adam kimi baxıram”
“Ermənilər mənə dedilər ki, bizdən nə istəyirsiniz, gedin ruslarla danışın”
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev təşkilatın Baş katibinə 24 dekabr və 29 dekabr 2008-ci il tarixlərində məktub göndərib. 24 dekabr 2008-ci il tarixli məktub Ermənistanın Azərbaycana qarşı təcavüzünün hüquqi nəticələri barədə hesabat və ona əlavədən ibarətdir. A.Mehdiyev hesabat və əlavənin BMT Baş Assambleyasının sessiyasının gündəmindəki 13-cü (GUAM məkanında həlli uzanan münaqişələr, onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri) və 18-ci (Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət) maddələr üzrə assambleyanın və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını istəyib. Səfir hesabata əlavəsində BMT-yə Azərbaycan dövləti adından iki sual da ünvanlayıb:

- Ermənistan Respublikası Dağlıq Qarabağ bölgəsində və ətrafında Azərbaycan Respublikasına silahlı hücum edibmi?
Kateqoriya: Qarabağ » Xəbərlər
ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi, “həll olunmamış münaqişələr” ifadəsini daha düzgün hesab edir Qoran Lenmarker: ““Dondurulmuş münaqişə” termini yanlışdır”

Bu gün ATƏT Parlament Assambleyasının VIII qış sessiyasında siyasət və təhlükəsizlik məsələləri baş komitəsinin iclası keçirilib. Müzakirələrdə ATƏT məkanında mövcud münaqişələrin həlli imkanları, təhlükəsizlik sahəsində əməkdaşlığa dair ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumu, İsrail-Fələstin münaqişəsi və Fələstin dövlətinin yaradılması, Kosovodakı hazırkı vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunun sədri Erik Lebedel bildirib ki, bu qurumun əsas fəaliyyətinin ATƏT ölkələri arasında hərbi sahədə dialoqun aparılması, silahların ləğvinə dair müzakirələrin təşkili və təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsindən ibarətdir.
Kateqoriya: Qarabağ » Xəbərlər
“Münaqişəyə və münaqişə tərəflərinin hərəkətlərinə beynəlxalq hüquq çərçivəsində qiymət verilmədən ədalətli həll düsturunu tapmaq çətindir”Azərbaycanın BMT-dəki səfiri: “Həmsədrlərin bəyanatı ikibaşlı və məntiqsizdir”

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevin APA-nın ABŞ bürosuna eksklüziv müsahibəsi

- ATƏT-in Minsk Qrupunun həmsədrləri Sizin BMT-də yaydığınız iki hesabatla bağlı bəyanat veriblər. İlk olaraq həmsədrlərin narahatlığına səbəb olmuş hesabatlar barədə ətraflı məlumat verməyinizi xahiş edirik.

- Doğrudan da Azərbaycanın Xarici İşlər Nazirliyinin tapşırığı ilə biz BMT-nin baş katibinə iki hesabat təqdim etmişik. Birinin adı “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün hüquqi fəsadları barədə hesabat”, digərinin adı isə “Dövlətlərin ərazi bütövlüyünün təməl norması və Ermənistanın revizionist iddiaları fonunda öz müqəddəratını təyinetmə hüququ barədə hesabat”dır. Birinci hesabat iki sualı əhatə edir. Birincisi, Ermənistan Azərbaycana, onun Dağlıq Qarabağ ərazisi və ətraf rayonlarına hərbi təcavüz həyata keçiribmi?
Kateqoriya: Qarabağ » Xəbərlər
ATƏT PA-nın qış sessiyasinda Qoran Lenmarker Dağlıq Qarabağ münaqişəsinə toxunmuşdurFevralın 19-da ATƏT Parlament Assambleyasının VIII qış sessiyasında siyasət və təhlükəsizlik məsələləri baş komitəsinin iclası keçirilmişdir. Müzakirələrdə ATƏT məkanında mövcud münaqişələrin həlli imkanları, təhlükəsizlik sahəsində əməkdaşlığa dair ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumu, İsrail-Fələstin münaqişəsi və Fələstin dövlətinin yaradılması, Kosovodakı hazırkı vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Kateqoriya: Qarabağ » Xəbərlər
Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli mümkündür. Çünki bu, həm Azərbaycana, həm də Ermənistana lazımdır”.
Qoran Lenmarker: “Siyasi iradə olarsa, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli mümkündür”  APA-nın məlumatına görə, bunu Azərbaycana səfərə gələn ATƏT Parlament Assambleyası prezidentinin Qafqaz və Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker hava limanında jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, siyasi iradə olarsa, bu il ərzində problemi həll etmək mümkün ola bilər: “Bu, sizin ölkəniz üçün çox lazımdır. Xeyli sayda qaçqın və məcburi köçkün var ki, onlar geri dönmək istəyirlər. Onlar on illərlə gözləyə bilməzlər. Ona görə də problemin həlli çox vacibdir”. Q. Lenmarkerin fikrincə, münaqişənin nizamlanması üçün iki prinsip - ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etməsi arasında balans tapılmalıdır:
Kateqoriya: Qarabağ » Xəbərlər
Bu sensasion açıqlama ilə Birləşmiş Ştatların Ermənistandakı səfiri Mari Yovanoviç çıxış edib
“Bu yay Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflər saziş imzalaya bilər”
Bu yay Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı münaqişə tərəfləri arasında çərçivə sazişi imzalana bilər.
Bunu Birləşmiş Ştatların Ermənistandakı səfiri Mari Yovanoviç «Azadlıq» radiosuna müsahibəsində deyib.

O bildirib ki, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupuna sədrlik edən ölkələrindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən yardımı etməyə hazırdır.

O həmçinin qeyd edib ki, Vaşinqton Türkiyə ilə Ermənistan arasında əlaqələrin inkişafında maraqlıdır və Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə səylərini dəstəkləyir.


LENT.AZ
Kateqoriya: Qarabağ » Xəbərlər
Qoran Lenmarkerin Yerevan, Tbilisi, Bakı turnesiATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker fevralın 13-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Kateqoriya: Qarabağ » Xəbərlər
ATƏT PA Cənubi Qafqazda münaqişələrin nizamlanması üzrə yeni təşəbbüsləri nəzərdən keçirəcəkATƏT-in Parlament Assambleyası Cənubi Qafqazda münaqişələrin nizamlanması üzrə yeni təşəbbüsləri nəzərdən keçirəcək. «Biz parlament səviyyəsində Cənubi Qafqazda münaqişələrin nizamlanması üzrə yeni təşəbbüsləri nəzərdən keçirəcəyik», - deyə cümə günü təşkilatın saytında yerləşdirilən press-relizdə bildirildiyinə görə ATƏT PA-nın rəhbəri Joao Soareş (Joao Soares) deyib. Təşəbbüslər ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi və Gürcüstan üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin regiona fevralın 21-də nəzərdə tutulan səfərindən sonra nəzərdən keçiriləcək.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır. «Bu il böyük problemlərlə dolu bir ildir, xüsusilə də, “dondurulmuş” adlandırılan münaqişələr baxımından», - deyə Soareş vurğulayıb.
ATƏT PA-nın rəhbəri ümumi şəkildə bu ilin prioritetlərini və Parlament Assambleyasının rolunu təsvir edib. «Həm hökumətlərin, həm də ATƏT parlamentarilərinin qarşılaşdığımız problemlərin aradan qaldırılmasına hazır olmaları olduqca vacibdir. 55 parlamenti təmsil edən təcrübəli parlamentarilər kimi bizim gücümüz və hökumətlərə təsirimiz var və əlbəttə ki, siyasi müzakirələrin cəbhə xəttində ola bilərik», - deyə Soareş bildirib.
Kateqoriya: Qarabağ » Xəbərlər
← Geri    1 2 3 ... 15 16 17    İrəli →

. : Əlaqə : .

Ünvan: Bakı ş., ak. Həsən Əliyev
küç. 96, 3-cü mərtəbə;
Tel./faks: (+994 12) 564-10-38, 408-27-53;
”Qaynar xətt”-lər: 408-30-17/27
Pulsuz: (088) 408-30-17/27
E-mail: office@humanrights-jwg.org